Bakıda dəhşətli qəza ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
"Sentyabrn 1-də Paytaxtın Binəqədi rayonu Binəqədi-Balaxanı yolunda A.Nuriyevin idarə etdiyi “Kamaz” markalı yük maşını S.Abdullayevin idarə etdiyi mopedlə toqquşub".
Bu sözləri DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
DİN rəsmisi əlavə edib ki, mopedin sürücüsü hadisə yerində ölüb sərnişini Ç.Rüstəmov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hazırda Binəqədi RPİ-də istintaq araşdırması aparılır.
Müvafiq ekspertizalar təyin olunub.
***12:47
Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.
Məlumata görə, hadisə Binəqədi rayonu, 3-cü mədən adlanan ərazidə qeydə alınıb.
İddialara əsasən, hadisə zamanı “KamAZ” markalı yük avtomobili motosikleti vurub. Motosikletdə olan sürücü həyatını itirib, digəri isə ağır yaralanıb.
Ölən şəxsin 25 yaşlı Seyid adlı gənc, yaralanan şəxsin isə 23 Çingiz Rüstəmovdur. Yaralanan şəxsin yaxınları redaksiyamızı bildirib ki, yük avtomobili onun ayağının üstündən keçib.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...