Bakıda DƏHŞƏTLİ HADİSƏ: Qatar kişini iki yerə böldü - FOTO

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Qatar kişini iki yerə böldü - FOTO
Foto
Hadisə 538

Bakının Xətai rayonunda dəhşətli ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Belə ki, 45-50 yaşlı kişi dəmiryol relslərinin üzərində uzanıb.

Bu zaman qatar onun üzərindən keçərək kişini iki hissəyə ayırıb.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit morqa təhvil verilib. Hadisə yeri müayinə edilib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər