Bakıda dayısına qarşı 1,4 milyonluq dələduzluq edən şəxslə bağlı QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Orxan Məhərrəmovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Orxan Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, Orxan Nazim oğlu Məhərrəmov dayısı Amil Famil oğlu Əliyevin 1 milyon 400 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, zərərçəkmişin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq aparılıb və cinayət işi üzrə 2019-cu ilin dekabrında Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə axtarış elan olunub.
Oxşar xəbərlər
Bakıda rəzillik: İşə götürdüyü ailəli qadını evinə apardı - Əri zəng edəndə...
Bakının Xətai rayonunda 1997-ci il təvəllüdlü Famil cinsi əlaqədə olduğu Firuzənin (adlar şərti verilib – red.) intim foto və videolarını yayıb. BAKU.WS “teleqr...