Bakıda baş leytenant öz avtomobilinə OD VURDU

Bakının Xəzər rayonunda avtomobil yandırılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, avtomobilə od vuran onun öz sahibi olub.
Belə ki, avtomobili yandıran şəxs onu almaq üçün yeddi min manat pul verdiyini, qalan borcu ödəyə bilmədiyini əsas gətirib.
Həmin şəxs "Fiat" markalı avtomobilə benzin tökərək, ona od vurub. Nəticədə avtomobil tamamilə yanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.

"Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı "Fiat Doblo" markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir", - deyə E.İbrahimov bildirib.
Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.
Oxşar xəbərlər
11-ci sinif şagirdini vəhşicəsinə döyüb universitet yataqxanasına atdılar - Elgünün dəhşətli ÖLÜMÜ
Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib. O, 34 nömrəli məktəbin 11-ci sinif şagirdi olub. Mərhumun atasının sözlərinə görə, Elgün...
