Bakıda bağ evində FACİƏLİ ÖLÜM
09
dek
2024
13:53
Bakıda bağ evində ölüm hadisəsi baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən bağ evlərindən birində ölüm hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Kamil Yasib oğlu Məmmədov bağban işlədiyi Dübəndi bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda zəlzələ olub
Quba stansiyasından 19 km şimalda, Quba rayonunda 3,3 maqnitudada zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat...