Bakıda avtomobillə motosiklet toqquşub: ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobillə motosiklet toqquşub, ölən var.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə fevralın 28-də paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Kənan Babayevin idarə etdiyi “KiA” markalı avtomobil hərəkətdə olan zaman qarşıdan gələn 1997-ci il təvəllüdlü Eldar Məmmədovun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə E.Məmmədov aldığı bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Cinayət Məclləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğluna 6 il həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə...