Bakıda avtomobilin vurduğu piyada reanimasiyaya yerləşdirildi

28
okt
2021
22:58
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunun “Ukrayna dairəsi”ndə avtomobil yolu keçən 1955-ci il təvəllüdlü İsgəndərova Xanım Kazım qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşdü
Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb....
