Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşdü

Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
"Toyota Prius" markalı avtomobil hərəkətdə olarkən digər bir avtomobillə toqquşub. Qəza zamanı sərnişin 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu zərbənin təsirindən avtomobilin pəncərəsindən yerə düşüb.
Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Cəlilabadda 6 yaşlı uşaq 2-ci mərtəbədən yerə düşərək ağır xəsarət aldı
Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yıxılma hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda...
