Bakıda avtomobil səkiyə çırpılıb yandı

Bakıda avtomobil səkiyə çırpılıb yandı
Hadisə 101

Bakı şəhərinin Səbail rayonunda “Ford” markalı minik maşını səkiyə çırpılıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq avtomobildə qalan bir nəfər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər