Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu
Hadisə 479

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1988-ci il təvəllüdlü İsmayılov Xəzər Zakir oğlunu avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər