Bakıda avtobusda kondisioner işləmədiyi üçün sərnişinin ürəyi getdi - AÇIQLAMA

Bakıda avtobusda kondisioner işləmədiyi üçün sərnişinin ürəyi getdi - AÇIQLAMA
Hadisə 354

Özəl daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu" MMC paytaxtda kondisioneri işləməyən avtobusla bağlı açıqlama yayıb.

Qurumun mətbuat katibi Nizam Rzayev BAKU.WS açıqlamasında bildirib ki, gün ərzində texniki problemlər yaranır, lakin bunlar da aradan qaldırılır:

"Şirkətimizin istismarında olan marşrut xətləri üzrə xidmət göstərən müasir avtobusların hamısında kondisionerlər yay boyunca işlək vəziyyətdə olub. Lakin bəzi hallarda gün ərzində texniki problemlər yaranır və bunların aradan qaldırılması məqsədilə tədbirlər həyata keçiririk".

*** 10:45

Paytaxtdakı marşrut xətlərindən birində acınacaqlı hal yaşanıb. Nəqliyyat vasitəsində kondisioner işləmədiyi üçün sərnişinlərdən birinin ürəyi gedib.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə görüntülər daxil olub.

Qeyd edilib ki, hadisə 20 Yanvar ərazisindən hərəkət edən 79 saylı avtobusda baş verib.

Ürəyi gedən sərnişin digər sərnişinlərin köməyi ilə avtobusdan təmiz havaya çıxarılıb.

Ona özünə gəlməsi üçün ilkin müdaxilələr edilib.

Hadisənin yaşandığı avtobusdan fotoları təqdim edirik:

Son xəbərlər