Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxsə HÖKM OXUNDU

Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxsə HÖKM OXUNDU
Hadisə 61

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazova hökm oxunub və o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən prosesdə prokuror S.Namazovun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakıda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Xalid Hüseynova hökm oxunub və o, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. BAKU.WS “report”a isti...

56 Hadisə 12:20 10 fevral 2022

Son xəbərlər