Bakıda 55 ağac sınıb – RƏSMİ

Nərimanov rayonu ərazisində güclü külək səbəbindən dayanacaq yaxınlığında yolun ortasına ağac aşıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən BAKU.WS-ə bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.
Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.
Qeyd edək ki, yağışlı paytaxtda küləkli hava şəraiti müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
Qohumunun general olduğunu deyib insanları aldatdı: Naxçıvanda 124 min manatlıq DƏLƏDUZLUQ
Naxçıvanda 20-yə yaxın şəxsə qarşı dələduzluq edilib. BAKU.WS Lent.Az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs hava limanının dispetçeri 32 yaşlı Səfay...
