Bakıda 3 tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bakı Şəhər Prokurorluğundan BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsiniin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.
Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.
Bunlar 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.
Onların Bakıda universitetlərin birində tələbə olduqları bildirilir.
Oxşar xəbərlər
Bakıda yanğın zamanı ölən tələbə qızların adları məlum oldu - YENİLƏNİB - VİDEO
Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş bədbəxt hadisə zamanı ölən əcnəbi tələbələrin şəxsiyyəti məlum olub. BAKU.WS APA-ya istinadla xəbər verir ki...