Bakıda 3 nəfər qadını zorakılıqla qətlə yetirdilər
30
sen
2019
16:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Faktla əlaqədar cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Sumqayıtda qətl - Keçmiş məhbus can aldı
Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilm...