“Oskar” otelində 21 yaşlı qızı qətlə yetirdilər
24
sen
2018
12:09
Abşeron rayonunda oteldə qətl baş verib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə məlumat verib.Bildirilir ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki otellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyidinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.“İsti izlər”lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, cinayət “Oskar” otelində baş verib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Göygöldə 17 yaşlı oğul atasını qətlə yetirib
Göygöl rayonunda qətl hadisəsi törədilib."Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.Həmin kən...