Bakıda 20 mərtəbəli binada yanğın - VİDEO

Bakıda 20 mərtəbəli binada yanğın - VİDEO
Video
Hadisə 449

Bakının Xətai rayonunda hündürmərtəbəli binada mənzillərin birində yanğın baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Fövqəladə Hallar nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Əhmədli qəsəbəsi, Telnov küçəsi 5 ünvanında yerləşən 20 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər