Bakıda 12 yaşlı yeniyetmə komaya düşdü

Bakıda 12 yaşlı yeniyetmə komaya düşdü
Hadisə 142

Bakının Xəzər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Qala qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Hacıyeva Xədicə Ceyhun qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralıda komatoz vəziyyət müşahidə olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər