Bakı-Xırdalan qatarlarının hərəkətində problem yaranıb
28
yan
2026
19:22
Bakıdan Xırdalan istiqamətində gedən qatarların hərəkətində gecikmə var. Artıq 25 dəqiqədir ki, qatarların hərəkətində gecikmə müşahidə olunur.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Biləcəri stansiyasında elektrik xəttində gərginlik olmadığı üçün bu istiqamətdə qatarların hərəkətində qısamüddətli gecikmələr yaranıb:
"Texniki nasazlıq qısa müddət sonra aradan qaldırılıb. Saat 18:29-a olan Bakı-Xırdalan reysi ləğv edilib".
Oxşar xəbərlər
Əməkdar jurnalist vəfat edib
Naxçıvanın Əməkdar jurnalisti, "Şərq qapısı" qəzetinin məsul katibi Məhəbbət Mirzəyeva vəfat edib. BAKU.WS report-a istinadən xəbər verir ki, M.Mirzəyeva uzun i...