Bakı və Sumqayıtda bank kartından pul oğurlayan şəxslər saxlanılıb

Bakı və Sumqayıtda bank kartından pul oğurlayan şəxslər saxlanılıb
Hadisə 266

Bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2 310 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhərində də analoji hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından ümumilikdə 791 manat oğurlamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakının Binə qəsəbəsində istixana yanır

Bakının Binə qəsəbəsində istixana yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istixana ərazisində yanğın baş verməsi barədə ilkin...

97 Hadisə 20:06 31 avqust 2025

Son xəbərlər