Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı
Sabunçu rayonunun Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, hadisə Hüsü Hacıyev küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Məlumata görə, 1982-ci il təvəllüdlü Nüsrət Məmmədov atasının yaşadığı evə gəlib. Bu zaman evin qarşısındakı zibil torbasına görə bacısına irad bildirib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadının 21 yaşlı oğlu Zakir Məmmədov dayısının anasına qışqırmasına etiraz edib. Bundan sonra dayı ilə bacıoğlu arasında mübahisə əlbəyaxa davaya çevrilib.
İddialara görə, dava zamanı Zakir Məmmədov masanın üzərində olan mətbəx bıçağını götürərək dayısına üç zərbə endirib. Nüsrət Məmmədov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Zakir Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd sakini Tamerlan Əliye...