Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsindəki piyada keçidində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov sosial şəbəkədə bildirib.
Qeyd edilib ki, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində maşında yanğın baş verib.
Dərhal polis əməkdaşları tərəfindən yanğınsöndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.
Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.
Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir.
Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər.
Oxşar xəbərlər
Ukrayna ordusunun hücumu nəticəsində Rusiyada sənaye müəssisəsinə ziyan dəyib
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində sənaye müəssisəsi və kommunal infrastruktur obyekti zərər...