Bakı-Şamaxı yolunda ağır QƏZA - Sürücü həyatını itirdi

Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi "Toyota Prius" markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.
Qalereya
Oxşar xəbərlər
Bakının mərkəzində yaşayış binasındakı yanğın SÖNDÜRÜLDÜ
Paytaxtın Yasamal rayonunda yaşayış binasında başlayan yanğın söndürülüb. Bu barədə məlumat BAKU.WS-ə sakinlər məlumat verib. ***14:53 Paytaxtın Yasamal rayonun...
