Bakı-Quba yolunda baş verən ağır qəzadan sonrakı dəhşətli görüntülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabr ayının 17-də Bakı-Quba yolunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin dəhşətli görüntülərini əldə etmişik.
Hadisə şahidlərinin BAKU.WS-ə göndərdikləri videoda qəzadan sonrakı vəziyyət əks olunub.
Qeyd edək ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib.
"KamAZ" markalı yük maşını ilə "VAZ-21010" markalı minik avtomobili toqquşub. Nəticədə 3 nəfər ağır xəsarətlər alıb.
Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan 2-i (hər ikisi qadındır) xəstəxanada ölüb.
Digər yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə mikroavtobus və “Prado” toqquşub, 7 nəfər xəsarət alıb
Şəkidə mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadi...