"Tofaş" "KamAZ"a çarpıldı - dəhşətli qəzanın görüntüsü yayıldı (VİDEO)

Tofaş KamAZa çarpıldı - dəhşətli qəzanın görüntüsü yayıldı (VİDEO)
Video
Hadisə 1899
Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun 113-cü kilometrliyində qeydə alınıb.10 UP 723 dövlət nömrə nişanlı "Tofaş" markalı minik avtomobili ilə 50 BH 360 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan bir sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə ağır xəsarət alıb. Xəsarət alan şəxs Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.Faktla bağlı istintaq araşdırmaları aparılır. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət və diqqətsizlik səbəb kimi göstərilir.BAKU.WS

Son xəbərlər