Bakı polisi “Hollywood Cinema Club”un sahibini cərimələdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”.
Bu barədə danışarkən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, araşdırma zamanı məlum olub ki, bina sakinlərindən birinin şikayətləri var və bu şikayətin səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə yaranan anlaşılmazlıqdır.
E.Hacıyev klubla bağlı yaranan narazılığa münasibət bildirərkən vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir:
“Qaldı ki, vətəndaşların şikayətlərinə baxılmamasına, bununla bağlı iddialar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub.
Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamentinə müraciət olunub.
Tərəfimizdən araşdırmalar davam etdirilir”.
Oxşar xəbərlər
Bakı polisindən Fatimə Mövlamlının saxlanılaraq təzyiq göstərilməsi xəbərinə RƏSMİ AÇIQLAMA
Bloger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır. BAKU.WS xəb...