Bakı polisi DYP-də “rüşvət otaqları” barədə xəbərə münasibət bildirib
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə BŞBPİ-in mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “report”a danışıb.
O, qeyd edib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir.
“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur” - deyə, E.Hacıyev əlavə edib.
Qeyd edək ki, mətbuatda BŞBPİ-in DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.
Oxşar xəbərlər
BDYP-də ciddi qanun pozuntuları aşkarlandı - Rəisdən sonra növbə kimindir?
Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun “vurulmasının“ əsl səbəbi bəlli olub. BAKU.WS “Bakupost”a istinadən xəbə...