BDYP-də ciddi qanun pozuntuları aşkarlandı - Rəisdən sonra növbə kimindir?

BDYP-də ciddi qanun pozuntuları aşkarlandı - Rəisdən sonra növbə kimindir?
Hadisə 2107

Bu gün təqaüdə göndərilən Bakı Dövlət Yol Polisi İdarəsinin rəhbəri Nuşirəvan Səfərovun “vurulmasının“ əsl səbəbi bəlli olub.

BAKU.WS “Bakupost”a istinadən xəbər verir ki, onun bu yüksək postdan uzaqlaşdırılması təkcə yaş senzi ilə bağlı olmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə idarədə kompleks yoxlamalar keçirilib. Yoxlamalar nəticəsində xeyli sayda ciddi qanun pozuntuları aşkarlanıb, maddi sübutlar götürülüb. Məsələn, aşkar olunub ki, rəisin və alay komandiri Rəşadət Babayevin otaqlarında şəhərə nəzarət edən qeyri-qanuni müşahidə kameraları var. Bu qurğuları idarə edən şəxslərin adları isə heç bir rəsmi sənəddə yoxdur.

Məlumatda bildirilir ki, yoxlamanın nəticələri yaxın günlərdə elan ediləcək. Həmin vaxt idarədə yüksək vəzifədə olan daha bir neçə nəfərin işdən uzaqlaşdırılacağı bildirilir.

Qeyd edək ki, yoxlamalar həmçinin Baş Dövlət Yol Polisi İdarəsində aparılır. İdarənin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlunun vəzifəsindən azad edilməsi bardə qərar da bu yoxlamalar vaxtı verilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Oxşar xəbərlər

Vilayət Eyvazovla bağlı YENİ TƏYİNAT

Vilayət Eyvazovla bağlı YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsinin Avtomobil Təsərsüfatının rəis müavini vəzifəsinə təyinat olub. BAKU.WS "report"a istinadən...

2701 Hadisə 14:08 17 dekabr 2019

Son xəbərlər