Bakı polisindən Fatimə Mövlamlının saxlanılaraq təzyiq göstərilməsi xəbərinə RƏSMİ AÇIQLAMA

Bakı polisindən Fatimə Mövlamlının saxlanılaraq təzyiq göstərilməsi xəbərinə RƏSMİ AÇIQLAMA
Hadisə 476

Bloger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır", - deyə Elşad Hacıyev əlavə edib.

Son xəbərlər