Bakı məktəbində qızları oğurladığı deyilən qadınla bağlı polisdən açıqlama - FOTO
Bakı məktəbində uşaqları oğurlayan qadının peyda olması barədə iddialar var.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.
İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.
Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.
"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.
P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.
Oxşar xəbərlər
Anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız sığınacağa yerləşdirilib
"Rusiyadan anası tərəfindən zorla Bakıya gətirildiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları...