Bakı metrosunda hadisə - Səhər saatlarında... - VİDEO

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə verdikləri məlumata görə, hadisə “28 may” stansiyasında qeydə alınıb.
Stansiyada eskalator qəfil dayanıb. Nəticədə vətəndaşlar arasında çaşqınlıq yaşanıb.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, eskalator təhlükəsizliyin təmin olunması səbəbindən dayandırılıb.
“Saat 10:59-da cavan yaşlarında kişi yıxılıb. Dərhal eskalator dayandırılıb. Yıxılan sərnişin xəsarət almayıb və həkim köməyindən də imtina edib”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Oxşar xəbərlər
SON DƏQİQƏ – Bakı metrosunda həyəcanlı anlar (YENİLƏNIB)
“Sahil” stansiyasının eskalatorunda baş verən qəzanın səbəbi məlum olub.Metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib k...