Bakı, Gəncə və Yardımlıda qanunsuz tikililər sökülüb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
BAKU.WS xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi, 24B ünvanında, Yardımlı rayonunun Çayüzü kəndində, Gəncə şəhərinin Əsgər Mərdanov küçəsi və Şıxzamanlı qəsəbəsində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.
Qalereya
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tiki...