Sumqayıtda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində və 76-cı məhəllə ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.
Qalereya
Oxşar xəbərlər
FHN qanunsuz tikintilərin qarşısı aldı - FOTO/VİDEO
Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Belə ki, FHN-in Tikintidə Təhlükəsizli...