Bakı Dövlət Universitetinin dosenti vəfat edib

Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Foto
Hadisə 625

Bakı Dövlət Universitetinin (BDU) dosenti Novruzə Adilova vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə universitet məlumat yayıb: "Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib." Novruzə Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda anadan olub.

O, Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib, 1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparıb, "Beynəlxalq valyuta-kredit münasibətləri", "Beynəlxalq investisiyalar" və "Azərbaycanın xarici iqtisadi əlaqələri" fənlərini tədris edib.

Bakı Dövlət Universitetinin dosenti vəfat edib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə...

97 Hadisə 23:57 17 sentyabr 2026

Son xəbərlər