Bakıda zavodda alov püskürdü: 4 fəhlə yandı (SON DƏQİQƏ)
03
okt
2016
16:58
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.
"Report”un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.
Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.
Həmin şəxslər 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda polis qəza törətdi - Yaralananlar var
Bakı şəhəri, Nərimanov rayonunda üç avtomobil toqquşub. BAKU.WS "Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Z.Bünyadov prospekti 28 ünvanının qa...