Rəşad Dağlı qəzaya düşdü - Yaralıdır
Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb
BAKU.WS APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb. "Prado" markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda yol polisinin maşını qəzaya düşdü
Bakıda yol polisi qəza törədib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə H.Əliyev küçəsi 36 ünvanında qeydə alınıb. Bakı Şəhər D...