Bakıda yaşayış binasında kafe yanıb - İnsanlar təşviş içində

Bakıda yaşayış binasında kafe yanıb - İnsanlar təşviş içində
Hadisə 943

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb.Yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər