Bakıda vəzifəli şəxs özünü öldürdü
Bu gün Bakıda intihar hadisəsi baş verib.
BAKU.WS Lent.az-ın əldə etdiyi məlumata görə, Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şosesi, 32 ünvanında Veloparkın ərazisində şam ağacından özünü asaraq intihar edib.
Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib.
Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
İcra Hakimiyyətinin maşını qəza törətdi - Sürücü yanaraq öldü
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb. Belə...