Bakıda valideynləri pula görə görün uşağı nə hala saldılar - FOTO
28
avq
2017
21:28
Bakıda dörd yaşlı uşaq valideynləri tərəfindən dəfələrlə döyülüb. Azyaşlıya qarşı növbəti zorakılıq faktı Nərimanov Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən qeydə alınıb.BAKU.WS-in xəbərinə görə, bu barədə Sputnik-ə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Vasif Akifli deyib.Bədənində xəsarət izləri olan azyaşlı avqustun 26-da saat 23:00 radələrində Nərimanov rayonu ərazisində tapılıb. İlkin tibbi müayinə göstərib ki, uşaq döyülməyə məruz qalıb. Bundan əlavə uşağın bir müddət əvvəl əli sınıb, lakin ona heç bir tibbi yardım göstərilməyib.“Uşaq özü etiraf edib ki, onu valideynləri döyüb. Onlar azyaşlını küçədə dilənməyə məcbur edirdilər, pul az gətirəndə isə onu döyüb və işgəncə veriblər. Uşağın cibində bir manat pul var idi. Faktla bağlı biz Baş Prokurorluğa və Azərbaycan DİN-ə müraciət etmişik”, - Akifli deyib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu uşağın valideynləri axtarılır – FOTO
Paytaxtın Nərimanov rayonunda iki yaşlı uşaq tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Günel Ruqi adlı istifadə...