Bakıda üzüyü qaytardığına görə nişanlısını öldürən oğlan AĞIR CƏZALANDIRILDI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində nişanlısını qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Məcidov 18 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin martında Binə qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü qaytarıb. N.Məcidov gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisə yerinə gələn İ.Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva da bıçaqlanıb.
Hadisə nəticəsində İ.Ağayeva ölüb, R.Ağayeva isə xəstəxanaya yerləşdirilib.
Trend.az
BAKU.WS
Oxşar xəbərlər
Sevgilisini öldürən qadına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Əfqan Hacıyev...