Bakıda transseksualın qatili: "Alya qadın olmadığını dedi, pulunu istədi"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS teleqraf.com saytına istinadən verdiyi məlumata görə, Səbail rayonu, Axundov bağının yaxınlığında, Səid Rüstəmov, 26 ünvanında 1988-ci il təvəllüdlü Alya Altay qızı Dəmirova qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb. Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Şahlar Əliyev tutulub. Şahlar Əliyev ilə Alya Dəmirovanın sevgili oluduğu məlum olub. Şahlar Əliyev istintaqa verdiyi ifadəsində Alya Dəmirovanı ona dostu ilə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Şahlar Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunur. Xatırladaq ki, qətlə yetirilən Alya Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verib: "Ayla ilə tanış olduqdan sonra onunla görüşməyə getdim. Görüşə görə ona pul verəcəkdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, görüşə qədər Alya Dəmrovanın cinsi azlığın nümayəndəsi olduğunu bilməyib: "Alyanın dediyi ünvana gəldim. Görüş zamanı mənə dedi ki, qadın deyiləm. O, kişi olduğunu, cinsi azlığın nümayəndəsi olduğunu dedi. Alya kişilərlə görüşdüyünü, bunun müqabilində pul qazandığını bildirdi. Onunla görüşməkdən imtina etdim və evdən çıxmaq istədim. Ayla mənə bildirdi ki, vaxtımı almısan, dediyim pulu ödəməlisən. Evdə ondan başqa şəxslər də var idi. Dava düşdü, stolu və stulları mənim üzərimə atdılar. Mən də cinayət törətdim”. Məhkəmə prosesi yanvarın 26-da davam edəcək. BAKU.WS
Oxşar xəbərlər
Bakıda qızıl alverçisini qətlə yetirən şəxslərin adları açıqlanıb (RƏSMİ)
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu qətlə yetirilən qızıl alverçisinin cinayəti barədə birgə xəbər yayıb. Prokurorluğun mətbuat xidmətindən BAKU...