Bakıda tikintidən düşən material "Mersedes ML” bu günə qoydu - FOTO

Bakıda tikintidən düşən material Mersedes ML” bu günə qoydu - FOTO
Hadisə 1102

Bakıda Feyzulla Qasımzadə küçəsi 9 ünvanında tikilən yüksəkmərtəbəli bina ərazi üçün təhlükə mənbəyinə çevrilib. 

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, sözügedən ünvanda tikilməkdə olan yüksəkmərtəbəli binada təhlükəsizlik qaydalarına əməl edilmir. Qoruyucu təbəqə olmadığından tikintidən düşən əşyalar ətrafdan keçən insanların həyatı üçün ciddi təhlükə törədir. Bununla bağlı bir neçə dəfə aidiyyatı qurumlara müraciət edilsə də, ölçü götürülməyib. 

Şahidlərin dediyinə görə, bu gün də tikintidən ətrafa materiallar dağılıb. Xoşbəxtlikdən ətrafdan keçən insanlar xəsarət almasalar da, küçədəki maşınlara ciddi ziyan dəyib. 01 BT 151 nömrəli "Mersedes ML” markalı avtomobilin alın şüşəsi sınıb, bir neçə maşının damı zədələnib.

BAKU.WS

Oxşar xəbərlər

Diqqətli olun! Başımıza hər an göydən daş düşə bilər

Diqqətli olun! Başımıza hər an göydən daş düşə bilər

Bakının Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlar...

2641 Sosial 11:47 22 fevral 2016

Son xəbərlər