Bakıda tanınmış biznesmenin evindən külli miqdarda oğurluq edildi
Bakıda evindən külli miqdarda pul oğurlanan İsrail vətəndaşının tanınmış biznesmen olduğu üzə çıxıb.
BAKU.WS-in lent.az-a istinadə məlumatına görə, Nərimanov rayonunda yaşayan və mənzilindən pəncərəni sındırmaq yolu ilə külli miqdarda pul və bahalı qol saatları oğurlanan 1964-cü il təvəllüdlü Aleksandr Şapiro Suliman Yaxın Şərqdəki Azərbaycanlıların Konqresinin sədri, həmçinin "İsrail-Azərbaycan Beynəlxalq Tibb Mərkəzi"nin rəhbəridir.
Hazırda məlum oğurluq əməli ilə bağlı Nərimanov rayon Polis İdarəsində açılmış cinayət işinin istintaqı, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bankdan 13 min oğurlandı
Bakıda bankdan külli miqdarda pul oğurlanıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, "Ekspressbank”ın Bakıxanov qəsəbəsində yerləşən filialında ödəm...