Bakıda taksi sürücüsü müştərini belə aldatdı

Bakıda taksi sürücüsü müştərini belə aldatdı
Hadisə 1924

Bakıda taksi sürücüsü müştəriyə qarşı dələduzluq edib. 

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsi 68 saylı binada yaşayan 1983-cü il təvəllüdlü Əsədov Taleh Seyfəddin oğlu poliə müraciət edərək bildirib ki, həmin ünvanın qarşısında markasını və nömrəsini bilmədiyi taksiyə əyləşib. Sifariş verdiyi ünvana çatan müştəri sürücüyə 4 manatlıq gediş haqqını çıxması üçün 50 manat verib. Lakin müştərinin artıq maşından düşdüyünü görən sürücü qalıq 46 manatı verməyərək maşınla ərazidən uzaqlaşıb.

Müraciət əsasında araşdırma aparılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər