Bakıda restoranda 6 nəfəri güllələyən şəxs tutulub

Bakıda restoranda 6 nəfəri güllələyən şəxs tutulub
Hadisə 802

Bakıda restoranda 6 nəfəri güllələyən şəxs tutulub.

Bakı şəhər Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. Qeyd edək ki, dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Zeytə” restoranında Bakı şəhər sakini Məhərrəm Ə/liyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev "Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər. Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. F. Əliyev məlum hadisə ilə bağlı tutduğu vəzifədən azad edilib. Ziya Babayev BAKU.WS 

Oxşar xəbərlər

Bakıda 6 nəfəri güllələyən Vergilər Nazirliyinin işçisi imiş (TƏFƏRRÜAT)

Bakıda 6 nəfəri güllələyən Vergilər Nazirliyinin işçisi imiş (TƏFƏRRÜAT)

Bakıda restoranda silahlı insident törədən şəxsin vəzifəli şəxsin övladı olduğu məlum olub. BAKU.WS-in APA saytına istinadən verdiyi məlumata görə, hadisəni tö...

1867 Hadisə 18:05 22 dekabr 2015

Son xəbərlər