Bakıda qadınların başına boru düşdü, biri yerində keçindi (VİDEO+18)

Bakıda qadınların başına boru düşdü, biri yerində keçindi (VİDEO+18)
Video
Hadisə 2592

Bakının Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib. BAKU.WS-in məlumatına görə, Parlament prospekti 9 ünvanında tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Digər qadın isə ağır yaralanıb. Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir. Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxənaya aparıblar. Onların kimliyi barədə hələlik məlumat yoxdur. Hüquq-mühafiz orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Ürəyi zəif olanlardan videoya baxmamağı məsləhət görürük:

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS

Oxşar xəbərlər

Sabunçu rayonunda dəhşətli faciə (+18 video)

Sabunçu rayonunda dəhşətli faciə (+18 video)

Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə hadisə baş verib. BAKU.WS, azxeber.com-a istinadən xəbər verir...

5260 Video 17:34 23 yanvar 2016

Son xəbərlər