Bakıda qadın gecə klubunda tanış olduğu kişinin 3 min manatını oğurlayıb

Bakıda qadın gecə klubunda tanış olduğu kişinin 3 min manatını oğurlayıb
Hadisə 1171

 

Bakıda qadın oğurluq edib.

Bu barədə "Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub. Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronina saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər