Bakıda pedofil saxlanıldı

Bakıda pedofil saxlanıldı
Hadisə 1889

Xətai Rayon Polis İdarəsinin əməkdaşları azyaşlıya qarşı seksual xarakterli cinayət faktının üstünü açıblar. BAKU.WS-in məlumatına görə, bu barədə haqqın.az saytına adıçəkilən polis idarəsindən bildirilib. Məlumata görə, 15 yaşlı K.R (qızın ad və soyadı etik normalara görə dəyişdirlib) bir ay imiş 34-cü polis bölməsinin ərazisində olan Şirvani küçəsindəki şəhər kafelərinin birində saxlanılırmış. Bütün bu müddət ərzində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib. Cinayət əməlləri məhz belə təsnifləşdirilib. Qeyd edək ki, qız 2015-ci ilin dekabr ayının 26-dan itkin düşmüş hesab edilir. Valideynləri qızlarının harada olduğu barədə məlumatsız idilər. Yalnız yanvar ayının 29-da polislər onu "Azəri" kafesində tapıblar. Şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib – bu, 1989-cu il təvəllüdlü şəxsdir. Qeyd edək ki, əməliyyatçılar şübhəli şəxsi saxlayaraq istintaqa təhvil veriblər. Fakt üzrə araşdırma davam edir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 32 yaşlı qadın qohumunun boğazını kəsdi

Bakıda 32 yaşlı qadın qohumunun boğazını kəsdi

Bu gecə saatlarında Bakıda cinayət törədilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, paytaxtın Xətai rayonu ərazisində, Turşu küçəsində Fətəliyev H...

1307 Hadisə 09:53 28 yanvar 2016

Son xəbərlər