Bakıda ŞOK cinayət: 3 dostu ilə evə basqın etdi, sevgilisini ölümcül yaraladı

Bakıda ŞOK cinayət: 3 dostu ilə evə basqın etdi, sevgilisini ölümcül yaraladı
Hadisə 3086

 

Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır.

Sözügedən qadın hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.

Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidentin təfərrüatlarını müəyyənləşdirirlər.  

BAKU.WS

Bakıda ŞOK cinayət: 3 dostu ilə evə basqın etdi, sevgilisini ölümcül yaraladı

Bakıda ŞOK cinayət: 3 dostu ilə evə basqın etdi, sevgilisini ölümcül yaraladı

Bakıda ŞOK cinayət: 3 dostu ilə evə basqın etdi, sevgilisini ölümcül yaraladı

  

Bakıda ŞOK cinayət: 3 dostu ilə evə basqın etdi, sevgilisini ölümcül yaraladı

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər