Bakıda məscidə hücum edən əli qılınclı, kəfənli şəxslərdən təzə XƏBƏR VAR

17
iyl
2017
13:45
İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb.
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib.
O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.
BAKU.WS
Oxşar xəbərlər
Təzə Pir Məscidinə hücum edən əli qılınclı şəxslər tutulub
Bakıda məscidə hücum edən şəxslər saxlanılıb. BAKU.WS xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Təzəpir məscidində bu gün g...
